“Real”ın müdafiəçisi La Liqa matçında oynamayacaq

Baş səhifə

Bakı. Trend:

“Real”ın müdafiəçisi Raul Asensio sıradan çıxıb.

Trend xəbər verir ki,
ispaniyalı futbolçu ayaq əzələləsindən zədə alıb. Bu barədə
insayder Fabritsio Romano məlumat yayıb.




21 yaşlı mərkəz müdafiəçisi La Liqanın 28-ci turunun sabah “Elçe” ilə keçiriləcək oyununu buraxacaq.

Qeyd edək ki, Raul Asensio “Real”ın yetirməsidir. İspaniya
millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana
çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda
qalıb.