Renat Dadaşovun komandası vacib qələbə qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlı hücumçu Renat Dadaşov Polşa çempionatının növbəti
turunun oyununa çıxıb.

Trend xəbər verir
ki, Dadaşovun çıxış etdiyi “Motor” komandası 25-ci turda səfərdə
“Termalika”nı 2:1 hesabı ilə məğlub edib.




Renat Dadaşov 75-ci dəqiqədə meydana daxil olaraq komandasının
ilk qolunu vuran Çubakı əvəz edib.

“Motor” son dörd turda üçüncü qələbəsini qazanıb və turnir
cədvəlində altıncı yerə yüksəlib. Dadaşovun komandası liqa lideri
“Zaqlembe”dən yeddi xal geri qalır.