
Bakı. Trend:
Ölkənin birinci bankı “Kapital Bank” Novruz Bayramı münasibətilə
“Az faizli yaz krediti” kampaniyasına start verir. Kampaniya
çərçivəsində 12 mart – 30 aprel 2026-cı il tarixlərində bankdan 50
000 manatadək nağd kredit əldə edən hər kəs 6%-dək endirim qazanmaq
şansına sahibdir.
Bayram öncəsi bu fürsəti dəyərləndirib, planlarınızı həayata
keçirmək cəmi bir neçə dəqiqə vaxtınızı alacaq. Bunun üçün “Birbank” mobil tətbiqinə daxil olaraq kredit müraciəti etmək
yetərlidir. Həmçinin, “Kapital Bank/Birbank” filiallarına da
yaxınlaşaraq kampaniyadan yararlanmaq mümkündür.
“Az faizli yaz krediti” kampaniyasından “Kapital Bank/Birbank”
müştəriləri ilə yanaşı əməkhaqqı və təqaüd kartları digər bankda
olan vətəndaşlar da faydalana bilərlər.
Ətraflı məlumat üçün: www.b-b.az/afyk
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital
Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə
daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.


