Deputat: “Aran bölgəsində yeni beton su kanalları çəkilməlidir”

Baş səhifə
Deputat: Aran bölgəsində yeni beton su kanalları çəkilməlidir

Aran bölgəsində təxminən yarım milyon insanın həyat şəraitinin yaxşılaşdırılması üçün yeni beton su kanalları çəkilməlidir.

“Report” xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

“Bu işlər xüsusilə Kür çayının kənarında yerləşən Saatlı, Zərdab və Kürdəmir rayonlarını əhatə etməlidir. Son nəticədə yarım milyon insanın həyat şəraiti yaxşılaşmış olar, əhalinin suya olan tələbatı normal ödənilər”, – deyə o qeyd edib.

Bundan başqa, parlament üzvünün sözlərinə görə, Saatlı rayonunun 6, İmişli rayonunun isə 7 kəndi qazlaşdırılmayıb: “Xahiş edirəm, cənab Baş nazir, bu məsələyə diqqət yetirəsiniz ki, o iki rayonun qazlaşdırılması tam başa çatdırılsın”.