İtaliya strateji neft ehtiyatlarından təxminən 10 milyon barel neft azad edəcək

Baş səhifə

Bakı. Trend:

İtaliya Yaxın Şərqdəki gərginliyi ilə əlaqədar böhran fonunda
strateji neft ehtiyatlarının 9,966 milyon barelini azad edəcək.

Trend-in
məlumatına görə, bu barədə İtaliya Ətraf Mühit və Enerji
Təhlükəsizliyi Nazirliyi bildirib.




Məlumata əsasən, bu addım Beynəlxalq Enerji Agentliyinin
qərarının icrası çərçivəsində atılır. Azad edilmiş ehtiyatlar, neft
böhranının həlli üçün Beynəlxalq Enerji Agentliyi (BEA) ölkələri
tərəfindən təmin edilən ümumi barel miqdarının təxminən 2,5%-ni
təşkil edəcək.