
Dünyanın ən böyük neft şirkətlərindən biri olan “Saudi Aramco” yataqları hücumlardan qorumaq üçün Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) alınması ilə bağlı danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən bildirib.
Məlumata görə, danışıqlar düşmənin PUA-larını taran vasitəsilə və ya aparatın bilavasitə yaxınlığında partlayışla zərərsizləşdirməyə qadir olan dron əleyhinə vasitələr istehsal edən “SkyFall” və “Wild Hornets” ilə aparılır.
Eyni zamanda bildirilib ki, şirkət PUA-ları hökumətdən və regional rəqiblərdən, xüsusən də Qətərdən daha əvvəl əldə etmək istəyir.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ABŞ hərbi bazalarını qorumaq üçün İordaniyaya PUA əleyhinə vasitələr və dronlar üzrə mütəxəssislər qrupu göndərib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


