
Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İranın
dünyanın ən böyük neft yataqlarından biri olan “Şeyba” yatağına
doğru atdığı doqquz dronu məhv edib.
Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi
bildirib.
“Gün başlayandan bəri ölkənin hava hücumundan müdafiə qüvvələri
Rub əl-Xali səhrasında yerləşən “Şeyba” neft yatağında buraxılan
doqquz İran PUA-sını ələ keçirərək məhv edib”, – deyə nazirlik
bildirib.


