
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda əməkhaqqı kartları ilə həyata
keçirilən ödənişlərin 54,2%-i nağdsız formada aparılıb.
Trend-in
Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda
əməkhaqqı kartlarının sahibləri arasında nağdsız ödənişlərin
istifadəsində artım müşahidə olunur.
Belə ki, 2025-ci ildə əməkhaqqı kartları ilə həyata keçirilən
ödənişlərin 54,2%-i nağdsız formada həyata keçirilib. Azərbaycanda
sosial kartlar vasitəsilə edilən ödənişlərdə nağdsız əməliyyatların
payı son üç ildə 9 faiz bəndi artaraq 20%-ə çatıb.
Qeyd edək ki, yanvar ayında Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarının
sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min
ədədə çatıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%
artıb.
Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə
7,6% azalıb.


