
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumlarını pisləyib.
“Report” xəbər verir ki, bu, Türkiyə XİN-in bəyanatında qeyd olunub.
“Təxminən bir milyon insanın didərgin düşməsinə səbəb olan hücumları şiddətlə qınayırıq” , – məlumatda bildirilib və əlavə edilib ki, bu hücumlar beynəlxalq humanitar hüququ pozur.
Türkiyə XİN-in bəyanatında vurğulanıb ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatların Livanda təkrarlanmasına imkan verilməməlidir:
“İsrailin Livanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən hücumları fonunda Livan xalqı və dövləti ilə həmrəylik içində olmağa davam edəcəyik”.
İsrail’in Lübnan’a Yönelik Saldırıları Hk. https://t.co/voUAeAorfi pic.twitter.com/uCJwzwTbBu
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) March 12, 2026
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


