BMT-də dərin islahatı üçün bütün sistem səviyyəsində uyğunlaşma zəruridir – Srjan Kerim

Baş səhifə

Bakı. Trend:

BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış
orqanlar və katibliyin birləşməsindən ibarətdir və hər birinin öz
idarəetmə, büdcə və əməliyyat mədəniyyəti mövcuddur. Bu müxtəliflik
zəiflik deyil, gücün əksidir. Amma effektiv koordinasiya olmadan
təkrarçılıq, səmərəsizlik və təsirin parçalanması riski
yaranır.

Trend xəbər
verir ki, bunu BMT-nin 62-ci sessiyasının sədri, Şimali
Makedoniyanın keçmiş xarici işlər naziri Srjan Kerim XIII Qlobal
Bakı Forumunda “Dünyada keçid dövründə fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda çıxışı zamanı bildirib.

Srgjan Kerim bildirib ki, BMT-də sistem üzrə uyğunluq islahat
üçün strateji zərurətdir.

Onun sözlərinə görə, bu uyğunluq həm idarəetmə, həm də mədəni
islahat tələb edir. Agentliklər özlərini əsasən müstəqil qurumlar
kimi yox, paylaşılmış çoxtərəfli təşəbbüsün komponentləri kimi
görməlidirlər.

S.Kerim qeyd edib ki, əgər sistem üzrə uyğunluq təmin edilərsə,
BMT islahatı artıq sonsuz institusional debat kimi görünməyəcək,
təşkilatın fəaliyyət qabiliyyətinin real şəkildə artırılması ilə
nətilənəcək.