
İran İslam Respublikasının yeni Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei xalqa müraciət edib.
Modern.az xəbər verir ki, müraciətin mətnini “Tasnim” yayıb.
Ali Rəhbərin müraciəti 7 əsas bölmədən ibarətdir.
Çıxışının əvvəlində Müctəba Xameni fevralın 28-də həlak olan atası Əli Xameneinin ölümü ilə bağlı İran xalqına başsağlığı verib.
O, Ali Rəhbər seçkisi ilə bağlı səsverməsinin nəticələrini İslam Respublikasının televiziyası vasitəsilə öyrəndiyini deyib. M.Xamenei iki liderin – İmam Ruhullla Xomeyni və Ayətullah Əli Xamenei kimi şəxslərin yerində oturmağın çətinliyindən bəhs edib.
Müctəba Xameni İran xalqının bu çətin günlərdə birlik və həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirib.
O bu birliyin sarsılmamalı olduğunu vurğulayıb.
M.Xamenei İran uğrunda döyüşən hər kəsə təşəkkür edib.
“Əziz döyüşçü qardaşlar! Xalq kütlələrinin tələbi təsirli və təəssüf doğuran müdafiəni davam etdirməkdir”, – o deyib.
M.Xameni bildirib ki, Hörmüz boğazını bağlamaq rıçağından mütləq istifadə olunmağa davam edilməlidir.
“Düşmənin az təcrübəsi olan və onlarda son dərəcə həssas olacaq digər cəbhələrin açılması ilə bağlı tədqiqatlar aparılıb və müharibə vəziyyəti davam edərsə, onların aktivləşdirilməsi maraqlara riayət olunması əsasında həyata keçiriləcək”.
O, münaqişədən zərər çəkənlərə müraciət edib, möhkəm olmağa çağırıb.
M.Xameni öz ailə üzvlərini də itirdiyini xatırladıb. Bildirib ki, atasını, həyat yoldaşını, bacısını, bacısının uşağını, bacısının həyat yoldaşını itirib.
***
İran İslam Respublikasının yeni Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei xalqa müraciət etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, “Tasnim”in məlumatına görə, Ali Liderin ilk mesajı yaxın saatlarda dərc olunacaq.
Məlumata görə, müraciət 7 vacib bölmədən ibarət olacaq.
Ali Liderin mesajında İranın mərhum rəhbəri Əli Xamenei, xalqın, silahlı qüvvələrin, icra orqanlarının və müqavimət cəbhəsinin rolu və vəzifələri, eləcə də region ölkələri və düşmənlərlə mübarizə ilə bağlı xüsusi məqamlar yer alacaq.


