
Bakı. Trend:
“Öz müştərini tanı” (KYC) prinsipinin effektiv tətbiqi məqsədilə
e-KYC platformasının konsepsiyası hazırlanıb və platforma ilə bağlı
texniki məsələlərin icrasına başlanılıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə
sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində “Açıq
bankçılıq yanaşmasının tətbiqinin sürətləndirilməsi” və
“Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin
təkmilləşdirilməsi” tədbirləri üzrə işlər davam etdirilib.
“Açıq bankçılıq ekosisteminin inkişafı mərhələli şəkildə həyata
keçirilib, hesab üzrə məlumat xidməti üzrə kommersiya banklarının
mərkəzləşdirilmiş infrastruktura inteqrasiyası tamamlanıb, ödəniş
əməliyyatlarının aparılması xidməti üzrə isə daxili proqram
təminatı və texniki spesifikasiya hazırlanıb. Açıq maliyyə üzrə
konsepsiyanın təsdiq edilməsi və konsepsiyaya uyğun hüquqi-normativ
bazanın formalaşdırılması istiqamətində işlər davam etdirilib”, –
məlumatda qeyd edilib.


