Müctəba Xamenei xalqa ilk müraciətini edib: Hörmüz boğazı bağlı qalmalıdır – YENİLƏNİB

Baş səhifə

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.

APA xəbər verir ki, onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.

***

16:40

Ayətullah Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilməsindən sonra yaxın dəqiqələrdə xalqa ilk müraciətini edəcək.

APA xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Müraciətin hansı formada olacağı açıqlanmayıb.

Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin ilk mesajı bir neçə dəqiqədən sonra yayımlanacaq”, – məlumatda deyilir.

Bildirilib ki, Müctəba Xamenei müraciətində ölkə rəhbərliyi, xalqın, icra orqanlarının, silahlı qüvvələrin rolu, eləcə də region ölkələri ilə münasibətlərə və “düşmənlərlə mübarizə”yə toxunacaq.