
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə yola salınan növbəti köç karvanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibb heyəti tərəfindən müşayiət olunub.
Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, köç prosesinin təhlükəsiz və fasiləsiz təşkil olunması məqsədilə karvanı müşayiət edən təcili tibbi yardım briqadası tərəfindən sakinlərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılıb və yolboyu ehtiyac yarandığı hallarda operativ tibbi xidmət göstərilib.
Səfər zamanı arterial təzyiq göstəricilərinin yüksəlməsi ilə bağlı müraciətlər qeydə alınıb və köçürülən sakinlərə göstərilən tibbi xidmət fasiləsiz və operativ şəkildə təmin olunub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


