
Bakı. Trend:
“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin
hərbi qeydiyyata alınması Qaydası” təsdiq edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qərara əsasən, bu qayda Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində
cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata
alınması qaydasını müəyyən edir.
Çağırışaqədər yaş həddində olan vətəndaşların Xidmətin
strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması
onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq
müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş
şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi
xidmətə çağırış resursunun formalaşdırılması məqsədilə həyata
keçirilir.
Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi
qeydiyyata alınması hərbi vəzifə ilə bağlı öhdəliyin yerinə
yetirilməsidir.


