
Bakı. Trend:
Proqram 100 tələbə qızın sahibkarlıq və liderlik
bacarıqlarının inkişafına töhfə verəcək
“Azercell”in dəstəyi ilə həyata keçirilən “FutureFem 2.0 –
Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi”
layihəsinin açılış mərasimi keçirilib. Layihə “Azercell”in
qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş
“Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsində
qalib seçilən təşəbbüslərdən biridir və “Bir Könüllü” Tələbələrin
Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. “FutureFem 2.0”
layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya
sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini
hədəfləyir.
Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzində
həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı
əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim
modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar
sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ
düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv
kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə
edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə
keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa
bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik
təlim modullarında iştirak edəcəklər.
Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində
iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını
ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər.
Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf
Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə
mentorluq və inkişaf imkanları qazanacaqlar.
Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
təşkilatçılığı ilə reallaşdırılır.
“FutureFem 2.0” layihəsinin açılış mərasimi
keçirilib
“FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya
Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi
keçirilib. Layihə “Azercell”in dəstəyi, Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı
İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, “FutureFem 2.0” layihəsi “Azercell”in “Həyatı daha
dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib
seçilən təşəbbüslərdən biridir.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya
şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və
tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova ölkə
rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və
qayğıdan bəhs edib. O, çıxışında son illərdə həyata keçirilən STEAM
və digər innovativ təhsil təşəbbüsləri nəticəsində qızların
məktəbli yaşlarından etibarən elm, texnologiya və innovasiya
sahələrinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm
və innovasiyalar üzrə prorektoru, dosent Elviz İsmayılov çıxış
edərək Azərbaycan qadınlarının elm və innovasiya sahəsində əldə
etdiyi nailiyyətlərə toxunub, gənc qadınların bu istiqamətdə
təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı
İctimai Birliyinin sədri Nemət Rzayev təşkilatın gənclərlə iş və
könüllülük sahəsində əldə etdiyi təcrübədən bəhs edib. O, son illər
ərzində həyata keçirilən layihələr nəticəsində təşkilatın müxtəlif
istiqamətlərdə formalaşan müsbət imicini qeyd edib və layihənin
reallaşmasına göstərilən dəstəyə görə tərəfdaşlara təşəkkürünü
bildirib.
Görüşün davamında layihə rəhbəri Rufiz Qulizadə “FutureFem 2.0”
layihəsi haqqında təqdimatla çıxış edərək proqramın məqsədləri,
mərhələləri və iştirakçılar üçün nəzərdə tutulmuş inkişaf imkanları
barədə ətraflı məlumat verib, iştirakçıların suallarını
cavablandırıb.
Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart–may ayları ərzində
həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə
qadını əhatə edir. Layihə çərçivəsində iştirakçılar sahibkarlıq,
innovasiya və liderlik istiqamətlərində təlimlərə cəlb olunacaq,
mentorluq proqramlarında iştirak edəcək və proqramın sonunda
keçiriləcək FutureFem Challenge mərhələsində öz innovativ
ideyalarını ekspertlər qarşısında təqdim edəcəklər.
Görüşdə layihə iştirakçıları ilə yanaşı, Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyinin əməkdaşları, “Azercell” şirkətinin
nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
rəhbərliyi və professor-müəllim heyəti, eləcə də kütləvi
informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi gənc qadınların sahibkarlıq və innovasiya
potensialını inkişaf etdirmək, onların liderlik bacarıqlarını
gücləndirmək və gələcək təşəbbüslər üçün dayanıqlı inkişaf
platforması formalaşdırmaqdır.


