
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa hesab edir ki, BMT Təhlükəsizlik Şurasının indiki strukturu təşkilatın əsas prinsiplərinə ziddir.
“Report” xəbər verir ki, o, bunu bu gün Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra BMT yaradılarkən beynəlxalq nizamın aydın qaydalara və dövlətlərin bərabərliyinə əsaslanacağı nəzərdə tutulurdu.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


