
Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Azəruçot” MMC-dir.
Qalib şirkətə 4 250 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 8 500 manat ödənilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


