Gəncədə oğul atasını güllələyib

Baş səhifə

Bakı.Trend:

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

Trend-in
məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.




Belə ki, oğul atasını tüfənglə güllələyərək qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində
atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə
yetirməkdə şübhəli bilinən övladı 17 yaşlı Kənan Nağıyev
saxlanılıb.