Bakı. Trend:
Almaniyanın “Bavariya” klubunun heyətində ciddi itkilər baş
verib.
Trend xəbər verir ki, qapıçı
Yonas Urbiq, müdafiəçi Alfonso Deyvis və yarımmüdafiəçi Camal
Musiala sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat
yayıb.
Hər üç futbolçu UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin “Atalanta” ilə İtaliyada keçirilən ilk oyununda (6:1)
zədələniblər.
Urbiqə beyin silkələnməsi diaqnozu qoyulub. Alfonso Deyvisin sağ
bud əzələsi qopub. Musiala isə topuğundan zədə alıb. Almaniyalı
hücumameyilli yarımmüdafiəçi ötən ilin yayında klublararası dünya
çempionatında topuğundan aldığı zədəyə görə uzun müddəy yaşıl
meydanlardan uzaq qalmışdı.
Klubun tibbi heyəti oyunçuların müalicə prosesinə
başlayacaq.

