Bakı. Trend:
Dubayda pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına düşüb.
Trend xəbər verir ki, bu
barədə əmirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hakimiyyət orqanları binada olan insanların
təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə tədbirləri həyata
keçirir.
Məlumata görə, mülki müdafiə xidmətinin əməkdaşları yanğını
nəzarət altına alıblar. İlkin məlumatlara əsasən, hadisə
nəticəsində xəsarət alan yoxdur.

