Prezident İlham Əliyev: Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır

Baş səhifə

Bakı. Trend:

Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu
ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə
bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o,
həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli
ticari tərəfdaşdır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham
Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə
mətbuata bəyantında bildirib.

“Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə
sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin
Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz
birmənalı olaraq artacaq”, – deyə dövlətimizin başçısı əlavə
edib.