
Bakı. Trend:
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin neft
və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə 45,87
milyon barel, 2027-ci ildə isə orta hesabla günə 46,04 milyon barel
təşkil edəcəyi gözlənilir.
Trend xəbər
verir ki, bu barədə EIA-nın “Qısamüddətli enerji perspektivi” adlı
hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.
EIA-nın qiymətləndirməsinə görə, İƏİT ölkələrinin sözügedən
məhsul hasilatı 2026-cı ilin birinci rübündə orta hesabla günə
45,70 milyon barel, ikinci rübdə günə 45,50 milyon barel, üçüncü
rübdə gündəlik 46,33 milyon barel, dördüncü rübdə isə günə 45,95
milyon barel təşkil edəcək.
Qurumun 2027-ci il üçün isə İƏİT ölkələri üzrə neft və digər
maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir:
birinci rübdə hasilatın günə 45,68 milyon barel, ikinci rübdə günə
45,81 milyon barelə, üçüncü rübdə günə 46,52 milyon barel, dördüncü
rübdə isə gündəlik 46,15 milyon barel səviyyəsində olacağı
gözlənilir.
EİA-nın proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatına daxil olmayan ölkələr üzrə isə neft və digər maye
karbohidrogenlərin hasilatının 2026-cı ildə 59,30 milyon barel,
2027-ci ildə isə orta hesabla günə 60,56 milyon barel təşkil
edəcəyi gözlənilir.


