EIA qlobal xam neft hasilatı üzrə proqnozlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Qlobal xam neft hasilatının 2026-cı ildə gündəlik 0,06 milyon
barel artaraq 78,94 milyon bareldən 79,00 milyon barelə çatacağı
proqnozlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya
Administrasiyası (EIA) “Qısamüddətli enerji perspektivi” adlı
hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.




Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cı
ilin birinci rübündə qlobal xam neft hasilatının gündəlik 78,08
milyon barel, ikinci rübdə gündəlik 77,71 milyon barel, üçüncü
rübdə gündəlik 79,75 milyon barel, dördüncü rübdə isə gündəlik
80,43 milyon barel olacağı proqnozlaşdırılır.

Bununla yanaşı, qurumun 2027-ci il üçün qlobal xam neft üzrə
hasilat proqnozu isə 80,79 milyon barel təşkil edir. EİA-nın
proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal xam neft
hasilatının gündəlik 80,69 milyon barel, ikinci rübdə gündəlik
80,42 milyon barel, üçüncü rübdə gündəlik 80,75 milyon barel,
dördüncü rübdə isə gündəlik 81,28 milyon barel olacağı
proqnozlaşdırılır.