OPEC 2026-2027-ci illərdə dünyada xam neft hasilatı barədə proqnozlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə dünyada neftə olan tələbat sutkada 106,53 milyon
barel olacaq.

Trend xəbər
verir ki, bu barədə OPEC-in hesabatında qeyd olunur.

Məlumata görə, 2027-ci ildə dünya üzrə neft tələbatı davamlı
artımını davam etdirərək, ortalama sutkada 107,87 milyon barel
təşkil edəcək ki, bu da 2026-cı illə müqayisədə sutkada 1,34 milyon
barel daha çoxdur.

Hesabatda qeyd olunur ki, 2027-ci ilin ilk rübündə sutkada
106,89 milyon barel, ikinci rübündə 106,81 milyon barel, üçüncü
rübündə 108,46 milyon barel və dördüncü rübündə isə 109,29 milyon
barel neft istehlakı proqnozlaşdırılır.




Bundan əlavə, qeyd edək ki, 2026-cı ilin fevral ayında
Azərbaycan ərazisində xam neft istehsalı ortalama 458 min barel
təşkil edib.

Təşkilatın məlumatına əsasən, bu göstərici 2025-ci ilin dekabr
ayı ilə eyni səviyyədə qalsa da, cari ilin yanvar ayı ilə
müqayisədə artaraq, o vaxt istehsal 457 min barel idi.

Bundan başqa, OPEC analitikləri qeyd edirlər ki, 2025-ci ildə
ölkənin orta illik neft hasilatı sutkada 461 min barel təşkil edib,
bu isə 2024-cü ildəki sutkada 481 min barel göstəricisindən
azdır.