“EXIM Bank” Amerika şirkətlərinin Azərbaycandakı imkanlarını dəstəkləyir

Baş səhifə

Vaşinqton. Trend:

“EXIM Bank”ın vitse-prezidenti Benjamin Todd ABŞ-Azərbaycan
Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş Vaşinqtonda
keçirilən ABŞ-Azərbaycan Biznes və Ticarət Konfransında Amerika
şirkətlərinin Azərbaycandakı imkanlarından danışıb.

Trend-in xüsusi
müxbirinin məlumatına görə, Benjamin Todd Amerika şirkətlərinin
dəmir yolu nəqliyyatı, hava limanı və aviaşirkət infrastrukturu,
eləcə də əlaqəli logistika kimi sektorlarda güclü mövqelərə malik
olduğunu və “EXIM Bank”ın bu sahələrdəki layihələrin
maliyyələşdirilməsini dəstəkləməyə hazır olduğunu vurğuladı.

“Ucuz enerji digər vacib amildir. Aşağı enerji xərcləri daha
ucuz hesablama gücü deməkdir ki, bu da Amerika şirkətləri üçün süni
intellekt və məlumat mərkəzlərində imkanlar yaradır. Bu məsələ də
bugünkü gündəmdə idi”, – deyə o bildirib.




Benjamin Todd həmçinin “EXIM Bank”ın mədən sektorunda, xüsusən
də kritik minerallarla bağlı yeni imkanlarını vurğulayıb. Ənənəvi
olaraq “EXIM Bank” maliyyələşdirilməsi ABŞ-dəki alışlarla
əlaqələndirilirdi, lakin yeni tənzimləməyə əsasən, dəstək
məhsulların ABŞ-yə təkrar ixracı ilə bağlı müqavilələrlə birbaşa
əlaqələndirilə bilər. “Bu, bizə ABŞ-də kritik mineral sektorunda
fəaliyyət göstərən mədənləri maliyyələşdirməyə imkan verir”, – deyə
o izah edib.

O, mineralların bazara çatdırılması üçün logistika dəhlizləri və
infrastrukturun əhəmiyyətini də qeyd edib. “EXIM Bank” bu
layihələrin maliyyələşdirilməsində əsas tərəfdaşdır. Amerika
şirkətləri bu sektorda olduqca rəqabətlidir və biz onların
imkanları reallaşdırmaq üçün lazımi dəstəyi almasını təmin etmək
istəyirik”, – deyə Benjamin Todd əlavə edib.