“Qalatasaray” UEFA ÇL-in 1/8 finalında “Liverpul”u məğlub edib

Baş səhifə
Qalatasaray UEFA ÇL-in 1/8 finalında Liverpulu məğlub edib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşması baş tutub.

“Report” xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərə “Liverpul” komandasını İstanbuldakı “Rams Park” stadionunda qəbul edib.

Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mario Lemina oyunun 7-ci dəqiqəsində komandasına qalibiyyət gətirən qolu vurub. Osimhen 62-ci dəqiqədə fərqlənsə də, qol oyundakənar vəziyyətə görə qeydə alınmayıb.

Qeyd edək ki, cavab oyunu martın 18-də keçiriləcək.