Torontoda ABŞ konsulluğu yaxınlığında atışma olub

Baş səhifə

Bakı. Trend:

Kanadada naməlum şəxs ABŞ-nin Torontodakı konsulluğu
yaxınlığında atışma törədib.

Trend xəbər verir
ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.




Məlumata görə, atışma nəticəsində mümkün xəsarət alanlar barədə
məlumat verilməyib.

Hadisə yerində odlu silahdan açılan atəş izləri aşkar edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma
başlanılıb.