
Bakı. Trend:
Misli Premyer Liqasında XXIII turun oyunlarına yekun
vurulub.
Trend xəbər verir
ki, turun sonuncu qarşılaşmasında lider “Sabah” doğma meydanda “Qəbələ” klubunu 7:1 hesabı ilə məğlub edib.
Görüşdə meydan sahiblərinin qollarını Coy Lens Mikels (11, 32),
Aleksey İsayev (24), Kahim Parris (40), Aron Maluda (53), Cesse
Sekidika (63) və Rəhman Daşdəmirov (77) vurublar. Qonaq komandanın
heyətində isə Adriel Ba Loua (87) təsəlli qoluna imza atıb.
Bu nəticədən sonra “Sabah” 56 xalla turnir cədvəlində vahid
liderliyini qoruyur. “Qəbələ” isə 16 xalla 11-ci pillədə
qərarlaşıb.


