
“Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan səhmləri “Bir Ekosistem” MMC-yə ötürülür.
“APA-Economics” xəbər verir ki, bununla bağlı aprelin 10-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Məlumata görə, yığıncağın gündəliyində “PAŞA Holding” MMC tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə “Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan paylarının “PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Bir Ekosistem” MMC-yə ötürülməsi məsələsi daxil edilib.
Qeyd edək ki, yığıncaq Bankın Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində baş tutacaq.


