Misir bölgənin genişmiqyaslı xaosa sürüklənə biləcəyi barədə xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

Misir Xarici İşlər Nazirliyi bölgədə artan gərginliklə bağlı
xəbərdarlıq edərək, ərəb ölkələrinin suverenliyini hədəf alan
hücumların dayandırılmasına çağırış edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, nazirliyin açıqlamasına görə,
ölkənin xarici işlər naziri Bədr Abdulati Birləşmiş Ərəb
Əmirlikləri, Küveyt, İtaliya, Belçika və Lüksemburqdan olan
həmkarları ilə telefon danışıqları aparıb.

Söhbətlər zamanı regionda baş verən son hadisələr və təhlükəli
hərbi gərginlik fonunda mövcud vəziyyət müzakirə olunub.




Abdulati bildirib ki, gərginliyin azaldılması və siyasi dialoqun
başlanması üçün həm regional, həm də beynəlxalq səylər
artırılmalıdır.

Misir rəsmisi hərbi əməliyyatların genişlənməsi riskinə diqqət
çəkərək bunun bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi
təhdid yaratdığını vurğulayıb.

O, həmçinin ərəb ölkələrinin suverenliyini hədəf alan hücumları
qəti şəkildə rədd etdiklərini bildirib. Abdulati hücumların dərhal
dayandırılmasının və regionun genişmiqyaslı xaosa sürüklənməsinin
qarşısının alınmasının vacibliyinə diqqət çəkib.