ISW: Ukrayna İran PUA-larına qarşı mübarizə təlimi üçün Yaxın Şərqə mütəxəssislər göndərir

Baş səhifə
ISW: Ukrayna İran PUA-larına qarşı mübarizə təlimi üçün Yaxın Şərqə mütəxəssislər göndərir

Ukrayna bu gün İranın pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üzrə praktik təcrübəni region ölkələri ilə bölüşmək üçün Yaxın Şərqə bir qrup hərbi mütəxəssis göndərəcək.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Müharibə Araşdırmaları İnstitutuna (ISW) istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət “Shahed” dronlarının necə vurulması barədə təcrübənin ötürülməsindən gedir.

Qeyd olunub ki, sayı göstərilməyən ukraynalı ekspert və hərbi qulluqçular martın 9-da regiona yola düşəcəklər.