Nyu-Yorkda merin evinin yaxınlığında iğtişaşlarda 6 nəfər həbs edilib

Baş səhifə

Bakı. Trend:

Nyu-York polisi mer iqamətgahının yaxınlığında keçirilən etiraz
aksiyaları və iğtişaşlar zamanı altı nəfəri həbs edib.

Trend xəbər verir
ki, bu barədə şəhər polis komissarı Cessika Tiş jurnalistlərə
məlumat verib.

Onun sözlərinə görə, şənbə günü merin evinin yaxınlığında iki
etiraz aksiyası keçirilib və təxminən 150 nəfər iştirak edib.




Hadisə zamanı iki qrup arasında toqquşma baş verib: ilk
aksiyanın iştirakçılarından biri müxalifət qrupuna qarşı bibər qazı
istifadə edib və tezliklə saxlanılıb.

Cessika Tiş bildirib ki, ümumilikdə altı nəfər həbs olunub.
Onların arasında potensial partlayıcı qurğuların istifadəsi ilə
əlaqədar iki şəxs, bibər qazı istifadə edən şəxs və asayişi pozmaq
və nəqliyyatın hərəkətinə mane olmaqla bağlı digər şəxslər yer
alır.