Niderlandın XİN rəhbəri İranın Naxçıvana hücumunu pisləyib

Baş səhifə
Niderlandın XİN rəhbəri İranın Naxçıvana hücumunu pisləyib

Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

“Report” xəbər verir ki, T. Berendsen bununla bağlı “X”dəki hesabında məlumat yayıb.

“Niderland İranın bu hücumunu pisləyir”, – Berendsen bildirib və əlavə edib ki, ölkəsi Azərbaycanla həmrəydir:

“Gələcək eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır”.