
Bakı. Trend:
Böyük Britaniyalı pilot Corc Rassel Formula 1 Dünya
Çempionatının 2026-cı il mövsümünün ilk mərhələsi olan Avstraliya
Qran Prisinin qalibi olub.
Trend xəbər verir
ki, yarış Melburn şəhərində baş tutub.
“Mercedes” komandasının pilotunun italiyalı komanda yoldaşı Kimi
Antonelli ikinci yeri tutub. “Ferrari” komandasından monakolu Çarlz
Lekler üçüncü olub. “McLaren” komandasının pilotu, hazırkı dünya
çempionu Lando Norris isə yarışı beşinci pillədə başa vurub.
Dünya çempionatının ikinci mərhələsi 13–15 mart tarixlərində
Çində keçiriləcək.


