BMT-nin keçmiş qərargahı PUA tərəfindən hücuma məruz qalıb

Baş səhifə
BMT-nin keçmiş qərargahı PUA tərəfindən hücuma məruz qalıb

İraqın Süleymaniyyə şəhərindəki keçmiş BMT qərargahı son bir saat ərzində iki dəfə pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Şəhər təhlükəsizlik rəsmilərinin məlumatına görə, Süleymaniyyənin mərkəzindəki “Titanik” otelinin yaxınlığındakı BMT obyektinə PUA hücum edib. Təxminən 40 dəqiqə sonra başqa bir pilotsuz təyyarə eyni binanı hədəf alıb.

Bildirilib ki, iki hücum nəticəsində hər hansı maddi ziyanı və ya mümkün itkiləri müəyyən etmək çün hələ tezdir.

Təcili yardım xidmətləri və şəhər polisi hadisə yerində işləyir. Əvvəllər BMT-nin Süleymaniyyədəki ofisi kimi fəaliyyət göstərən binaya edilən hücumun səbəbləri ilə bağlı araşdırma başlanıb.