
Norveçin paytaxtı Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Norveç polisinə istinadən məlumat yayıb.
Məlumata görə, bazar günü səhər saatlarında səfirlik ətrafında güclü partlayış səsi eşidilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisənin səbəbləri araşdırılır.


