
ABŞ ordusu İranı məğlub etdiyi zaman Böyük Britaniyanın Yaxın Şərqə təyyarədaşıyan gəmilər göndərmək qərarını yadında saxlayacaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Bir vaxtlar böyük müttəfiqimiz, bəlkə də ən böyük müttəfiqimiz olan Britaniya nəhayət ki, Yaxın Şərqə iki təyyarədaşıyan gəmi göndərməyi ciddi şəkildə nəzərdən keçirir. Baş nazir Starmer, artıq onlara ehtiyacımız yoxdur – amma bunu xatırlayacağıq. Artıq qalib gəldikdən sonra müharibələrə qoşulan insanlara ehtiyacımız yoxdur”, – deyə o yazıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


