Venesuela ABŞ ilə uzunmüddətli münasibətlər qurmağa hazır olduğunu açıqlayıb

Baş səhifə

Venesuela ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli münasibətlərin qurulmasına hazır olduğunu bəyan edib.

APA xəbər verir ki, bu barədə Venesuela prezidentinin vəzifəsini icra edən Delsi Rodriqes “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, Karakas ABŞ ilə münasibətləri qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq prinsipləri əsasında inkişaf etdirməyə hazırdır.

“Biz bir daha bildiririk ki, qarşılıqlı hörmətə, bərabərliyə və beynəlxalq hüquqa əsaslanan uzunmüddətli münasibətlər qurmağa hazırıq. Məqsəd hər iki ölkənin xalqlarının rifahına xidmət edəcək əməkdaşlığı gücləndirməkdir”, – deyə Rodriqes qeyd edib.

O həmçinin ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Venesuela hökumətini rəsmi və hüquqi olaraq tanıması ilə bağlı açıqlamasını ölkə və xalq haqqında həqiqətin etirafı kimi qiymətləndirib.