
Bakı. Trend:
Almaniya hökuməti Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar
Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq təxliyə
edib.
Trend-in
məlumatına görə, bu barədə “DPA” agentliyi Almaniya Xarici İşlər
Nazirliyinə istinadən xəbər verib.
Almaniya Xarici İşlər Nazirliyi təhlükəsizliklə bağlı
narahatlıqlara görə işçilərin müvəqqəti olaraq İrandan
çıxarıldığını, lakin səfirliklə təcili əlaqənin mümkün olduğunu
bildirib.
“Bu müvəqqəti köçürmə, yanvar ayının ortalarında ehtiyat tədbiri
olaraq artıq görülən işçilərin ixtisarı tədbirlərinin davamıdır”, –
deyə qeyd olunub.


