
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Krallığın Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan vasitəsilə uğurla təxliyə edildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Biz İrandakı İspaniya səfirliyini uğurla təxliyə etdik. Tehranda qalan səfir və əsas heyət Azərbaycan sərhədini keçib və təhlükəsiz ərazidədir”, – deyə paylaşımda bildirilib.
Onun sözlərinə görə, bölgədəki digər İspaniya diplomatik nümayəndəlikləri və böhran mərkəzi təcili telefon xətləri üzərindən gecə-gündüz fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, respublikanın şəhərlərinə hava hücumları təşkil ediblər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


