
Bakı. Trend:
Axşam saatlarında “Astara” dövlət sərhədindən buraxılış
məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam
etdirilib.
Trend-in
məlumatına görə, Almaniyadan olan 13 nəfər və İspaniyadan olan 6
diplomatik nümayəndə “Astara” dövlət sərhədindən buraxılış
məntəqəsi vasitəsilə təxliyə olunub. Onların sərhəddən təhlükəsiz
keçidi təmin edilib.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə
prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara
uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata
keçirilir.


