Bakı. Trend:
ABŞ qüvvələrinin yerləşdiyi İraqın Ərbil şəhəri yaxınlığındakı
hərbi bazaya bir neçə dron hücum edib.
Trend-in məlumatına görə, bu barədə “Safaq News” xəbər portalı
məlumat verib.
Məlumata əsasən, bazanın yerləşdiyi Ərbil hava limanının
yaxınlığında ən azı üç güclü partlayış baş verib. Bu, son bir neçə
saat ərzində ABŞ obyektinə edilən ikinci hücumdur. Hücum edən
dronlara zenit topları atəş açıb.

