
Bakı. Trend:
“Real”ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında
davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “İnter” ukraynalı qolkiperi
transfer etmək istəyir.
Lunin “kral klubu”nda əsas qapıçı olmadığı üçün ayrılığa isti
yanaşır. “İnter” 27 yaşlı “əlcək sahibi”ni yayda heyətinə qatmağa
çalışacaq.
Qeyd edək ki, “Real” Andrey Lunini 2018-ci ilin yayında “Zarya”dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid
təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.


