
Bakı. Trend:
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv
olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə
Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi
martın 7-də həyata keçirilib.
Trend xəbər
verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər
Əliyev Beynəlxalq Aeroportuna enib. Təxliyə reysi ilə ümumilikdə
200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq
qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə
reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.


