
İranın Azərbaycanın Naxçıvanda olan aeroportuna hücumu beynəlxalq hüquq baxımından tam olaraq təcavüzdür.
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik alt komitəsinin sədri Fedor Venislavski deyib.
O qeyd edib ki, hərbi nöqteyi-nəzərdən bu mənasız hücumdur:
“Mən bunu hücuma məruz qalan ölkələrə mesaj kimi qəbul edirəm. Bununla demək istəyirlər ki, İrana zərbələrin dayandırılması üçün çıxış etməsələr onları belə bir hal gözləyə bilər”.
Alt komitənin sədrinin fikrincə, bu həmçinin İranın müharibəyə daha çox ölkənin qarışması istəyi ilə də bağlı ola bilər.
“Bu zəncirvari reaksiya doğura bilər və regionda, hətta dünyada proqnozlaşdırılmamış nəticələrə gətirib çıxarar. Hesab edirəm ki, bunlar İran rəhbərliyində hadisələrin inkişafı barədə strateji baxışın olmamasını göstərir”, – o deyib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


