Bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti bayram və istirahət günlərində
ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron
yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış
yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağıntılı
olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu
gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Martın 9-da hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə
arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz
cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5,
gündüz 7-10 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda
martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar
yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv
olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək.
Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın
temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3
dərəcəyədək isti olacağı bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy, Göygöldə martın 7-8-9-da hava şəraitinin arabir
yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntıların intensiv olacağı ehtimalı var. 9-u axşama doğru
yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb
küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə
şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə
ediləcək.




Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda
martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar
yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv
olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi
arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, dağlıq ərazilərdə
10-14 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, dağlıq ərazilərdə 8
dərəcəyədək şaxta olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda
martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı
ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir
duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın
temperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti olacağı ehtimal
edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın
7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı
bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı
var. 9-u axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq.
Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə
0-3, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə
şaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,
Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan,
Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 7-8-9-da hava
şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru
yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb
küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-9
dərəcə isti müşahidə ediləcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar,
Cəlilabadda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı
olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u
axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq.
Mülayim şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu
gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3
dərəcə şaxta olacaq.