
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriya lideri Əhməd Əş-Şaaranın təhlükəsizliyinin qorunması iddialarına cavab verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, qurum, xarici agentlikdə dərc edilən bu tip xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
“Bununla yanaşı, bəzi xəbərlərdə iddia edildiyi kimi, MİT-in MI6-dan Suriya dövlət başçısının mühafizəsi ilə bağlı hər hansı müraciət etməsi və ya bu qurumdan belə bir rol üzərinə götürməsini istəməsi həqiqəti əks etdirmir. İctimaiyyətdən əsassız iddia və məlumatlara etibar etməmələri xahiş olunur”, – açıqlamada qeyd olunur.
***
18:08
Türkiyə Suriya Prezidenti Əhməd əl-Şaraanın təhlükəsizliyini gücləndirmək üçün Böyük Britaniyadan yardım istəyib.
APA xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Reuters”ə danışıb.
Bildirilib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Britaniyanın xarici kəşfiyyat xidməti MI6-dən Əhməd əl-Şaraanın təhlükəsizliyinin qorunmasında daha böyük rol oynamasını istəyib.
Qeyd edək ki, bundan əvvəl xarici mediada Suriya Prezidentinə qarşı bir neçə dəfə sui-qəsdə cəhd edilməsi ilə bağlı xəbərlər dərc olunub.


