Bu ölkə uşaqların sosial şəbəkələrdə qeydiyyatını qadağan edəcək

Baş səhifə

Bakı. Trend:

İndoneziya martın 28-dən etibarən 16 yaşadək uşaqların sosial
şəbəkələrdə qeydiyyatdan keçməsinə qadağa tətbiq etməyə
başlayacaq.

Trend xəbər verir
ki, bu barədə Tempo portalı ölkənin Rabitə və Rəqəmsal
Texnologiyalar naziri Mutiya Hafidə istinadən məlumat yayıb.

“Bu qərarla hökumət 16 yaşdan kiçik uşaqlara yüksək riskli
rəqəmsal platformalara, o cümlədən sosial şəbəkələrə və mesajlaşma
xidmətlərinə çıxışının təmin olunmasını dayandırır”, – portal
nazirin sözlərini sitat gətirir.




O vurğulayıb ki, bu addım uşaqları internetdəki təhlükələrdən, o
cümlədən pornoqrafiyaya çıxışdan, kiberzorakılıqdan, dələduzluqdan
və rəqəmsal asılılıqdan qorumaq məqsədi daşıyır. Yeni siyasət 28
mart 2026-cı ildə qüvvəyə minəcək.

İlkin mərhələdə YouTube, TikTok, X, Bigo Live, Roblox, həmçinin
Facebook, Instagram və Threads kimi platformalarda 16 yaşdan kiçik
uşaqlara məxsus hesablar mərhələli şəkildə deaktiv ediləcək.