
Bakı. Trend:
Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında
telefon danışığı olub.
Telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə
səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli
tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.
Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.
Ə.Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə
Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat
verib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında
qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də
müzakirə olunub.


